compressed_Idxal-ixrac

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfədən çox azalıb

2024-cü ilin ilin yanvar-iyul aylarında Azərbaycan xarici ticarət dövriyyəsi  26 milyard 892 milyon ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.

Məlumata əsasən bu  3 milyard 441 milyon manat və ya 11,3% azaldır.

Son bir ildə ölkə üzrə ixrac 4 milyard 678 milyon manat və ya 22,5% azalaraq 16 milyard 99 milyon ABŞ dollarına bərabər olub.

İdxal isə əksinə 1 milyard 239 milyon manat və ya 12,9% artım baş verib və 10 milyard 793 milyon ABŞ dollarına yüksəlib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 5 milyard 306 milyon dollarlıq müsbət saldo yaranıb. Lakin bu, ötən ilin eyni dövrünə nisbətən 5 milyard 914 milyon manat və ya 2,1 dəfə azdır.