APM_Poti_optimized_50

Constanta Port via Sredniye along the daşımalara corridor will start

Çexiyanın “MALBI-trans” beynəlxalq nəqliyyat və logistika şirkəti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində pilot layihə həyata keçirməyi planlaşdırır. Bunu açıqlamasında şirkətin baş icraçı direktoru Liliana Krutonoq bildirib.

“Bizim məqsədimiz Rumıniyanın Konstanta limanı üzərindən bütöv bir marşrut həyata keçirməkdir. Əvvəlki daşımalarımız Konstanta üzərindən deyildi. Bu il isə Konstanta üzərindən birbaşa daşımalar həyata keçirməyi planlaşdırırıq. Təxminən həftədə bir reys həyata keçirməyi nəzərdə tuturuq. Hazırda ortaya çıxa biləcək problemləri araşdırırıq”, – deyə o, qeyd edib.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.