2024-cü ilin ilin yanvar-iyul aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 26 milyard 892 milyon ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.
Məlumata əsasən bu 3 milyard 441 milyon manat və ya 11,3% azaldır.
Son bir ildə ölkə üzrə ixrac 4 milyard 678 milyon manat və ya 22,5% azalaraq 16 milyard 99 milyon ABŞ dollarına bərabər olub.
İdxal isə əksinə 1 milyard 239 milyon manat və ya 12,9% artım baş verib və 10 milyard 793 milyon ABŞ dollarına yüksəlib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 5 milyard 306 milyon dollarlıq müsbət saldo yaranıb. Lakin bu, ötən ilin eyni dövrünə nisbətən 5 milyard 914 milyon manat və ya 2,1 dəfə azdır.